Ramiz Rövşənin "Qara paltarlı qadın” şeiri ərəb dilində dərc olunub

Azərbaycanın Xalq şairi Ramiz Rövşənin yaradıcılığı Oman ədəbiyyat portalında işıqlandırılıb.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, Omanın populyar “poetsgate.com” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairinin ərəb dilinə tərcümə edilmiş “Qara paltarlı qadın” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Şeirin ərəb dilinə tərcümə müəllifi Fərid Camalovdur.



Xəbərlər  Tarix:   29 İyun 2021 / 17:00


« Əvvəlki xəbər (333 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR