Milli Xalça Muzeyi ziyarətçiləri pulsuz qəbul edəcək

Milli Xalça Muzeyi ziyarətçiləri üçün xüsusi aksiya keçirir.
Muzeydən "Report"a bildirilib ki, ziyarətçilər yalnız iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər. Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir. Bələdçilər ziyarətçilərə yeni eksponatlar haqqında maraqlı məlumatlar verəcəklər.
Aksiyaya qoşulmaq üçün:
- muzeyin sosial şəbəkələrdəki səhifələrini "like" etmək
- elanı öz səhifənizdə paylaşmaq;
- Linkə daxil olmaqla qeydiyyatdan keçmək lazımdır
Ссылка
Karantin qaydalarına əsasən, ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq.



Xəbərlər  Tarix:   30 İyun 2021 / 11:01


« Əvvəlki xəbər (2318 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR