SOCAR yanacaq sərfiyyatını 28%, elektrik enerjisi istehlakını 10% azaldıb

Koronavirus (COVID-19) pandemiyası dövründə - 2020-ci ildə Dövlət Neft Şirkəti (SOCAR) yanacaq sərfiyyatını 28%, elektrik enerjisi istehlakını isə 10% azaldıb.
“Report”un məlumatına görə, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, ötən il şirkət Azərbaycanda istifadə etdiyi elektrik enerjisinin 26%-ə yaxınını daxili imkanları hesabına istehsal edib, qalan hissəsini isə dövlət qurumlarından alıb.
SOCAR rəsmi həmçinin qeyd edib ki, 2019-cu ildə enerji istehlakının artımı bir sıra zavod və müəssisələrin şirkətin tərkibində fəaliyyətə başlaması ilə bağlı olub.



Xəbərlər  Tarix:   30 İyun 2021 / 16:21


« Əvvəlki xəbər (322 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR