“SOCAR Türkiyə” 103 kitabı ana dilimizə tərcümə edəcək

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Türkiyə” şirkəti İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondu (AZPROMO) ilə əməkdaşlıq çərçivəsində yeni layihəyə start verib.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Məlumata görə, “SOCAR Türkiyə” İngiltərənin populyar karyera kitablarını “Pocketbook” layihəsi ilə Azərbaycan dilinə tərcümə etməyə başlayıb.
Belə ki, Böyük Britaniyada oxucuların böyük maraqla qarşıladığı “İdarəetmə kitabları” seriyasına daxil olan 103 kitab ana dilimizə tərcümə ediləcək. Bu sahədə bilik və bacarığını inkişaf etdirmək istəyən hər kəs rəqəmsal formatda pulsuz olaraq Ссылка saytında təqdim olunan kitabları oxuya bilər.
Artıq “Strategiya”, “Marketinq” və “Vaxtın idarə edilməsi” kitabları sayta yüklənib. Yaxın günlərdə “Büdcələrin idarə edilməsi” və “Müştəri xidməti” kitabları hazır olacaq.



Xəbərlər  Tarix:   2 İyul 2021 / 13:15


« Əvvəlki xəbər (2305 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR