2 iyul- Azərbaycan polislərinin peşə bayramı

Bildiyimiz kimi, hər il 2 iyul Azərbaycanda hüquq-mühafizə orqanı olan polislərin peşə bayramı kimi qeyd edilir. Hər zaman dövlətinə və xalqına xidməti ilə seçilən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün təbii ki, yada düşən ilk şəxslərdəndir.
Uğur Media yayım və informasiya agentliyi olaraq, biz polis əməkdaşlarının bizə qarşı olan diqqət və qayğısına daim önəm verib, qiymətləndiririk. Bir media agentliyi kimi, hər zaman daxili işlər naziri Vilayət Eyvazov başda olmaqla, bütün Azərbaycan polislərinin danılmaz əməyini və əvəzsiz rolunu ictimailəşdirməyi, hüquq-mühafizə orqanlarının yüksək səviyyədə vətəndaşlara olan xidmətlərini mediaya yansıtmağı özümüzə borc bilirik.
Göründüyü kimi, ildən-ilə vətəndaş-polis münasibətlərində məmnunluq və şəffaflıq daha da artır. Bu isə Azərbaycan polisinin öz vəzifəsini layiqincə təmsil etdiyinin başlıca göstəricisidir. Vətəndaşların razılığı polis əməkdaşlarının başlıca prinsipidir. Biz isə bunu xəbər portallarında yayımladığımız xəbərlərdə hər dəfə vurğulayır, onların əvəzsiz rolunu dəyərləndiririk.
Cinayətkarlığa qarşı mübarizədə əvəzsiz rolu olan, əhalinin əmin-amanlığının təmin edilməsində fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülən daxili işlər naziri Vilayət Eyvazov bu illər ərzində şərəfli bir xidmət yolu keçmişdir. Cənab nazirin təkcə paytaxt Bakıda yox, eyni zamanda bütün bölgələrdə ictimai asayişin qorunmasında, xüsusilə pandemiya dövründəki fədakarlıq nümayiş etdirməyi və hər zaman öz vəzifəsinin öhdəsindən uğurla gəlməyi, eləcə də Azərbaycan polisinin daim arxasında dayanmağı danılmaz faktdır. Vilayət Eyvazovun Azərbaycan dövlətçiliyinin inkişafında göstərdiyi xidmətlər həqiqətən təqdirə layiqdir.
Respublika ərazisində asayişin qorunmasına nəzarət edən polislərin bir sıra vəzifə və öhdəlikləri var. İctimai təhlükəsizliyi təmin etmək, vətəndaşların, habelə onların mülkiyyətlərinin, hüquqi və fiziki şəxslərin azadlığına, təhlükəsizliyinə ciddi şəkildə zərər verəcək bütün problemlərin qarşısının alınması və digər vəzifələri yerinə yetirən polislər, 103 ildir ki, öz peşələrində şərəf və qürurla işləyirlər. Bu gün insanlar rahat şəkildə hərəkət edə, əylənə, səyahət edə bilirsə, bunu qanun keşiyində dayanan polis əməkdaşlarına borcludurlar.
Dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində daim inkişaf edən hüquq-mühfizə orqanlarımızın, müasir maddi-texniki bazaya malik polis əməkdaşlarının daimi fəaliyyəti nəticəsində cinayətkarlıqla mübarizədə əhəmiyyətli nəticələr əldə edilmişdir. General-polkovnik Vilayət Eyvazovun apardığı islahatlar öz bəhrəsini hər zaman vermişdir. Bu isə vətəndaşlara və Azərbaycan Respublikasına polis əməkdaşlarının layiqli şəkildə xidmət etdiyinin bariz nümunəsidir.
Uğur Media yayım və informasiya agentliyi olaraq, ilk öncə hörmətli nazir Vilayət Eyvazovu, həmçinin vəzifəsini layiqincə yerinə yetirən, qürurlu və vicdanlı Azərbaycan polisini 2 iyul peşə bayramı münasibətilə təbrik edir, xidmətdə və şəxsi həyatda onlara uğurlar arzu edirik. Şərəfli və sədaqətli xidmətinizdə yeni nailiyyətlər əldə edəcəyinizə əminik. Bütün DİN əməkdaşlarına vətəndaşlara və onların bütün problemlərinə həssas yanaşdıqları üçün və həmin problemlərin aradan qaldırılması yolunda şərəflə işlədikləri üçün minnətdarlığımızı bildiririk.



Xəbərlər  Tarix:   2 İyul 2021 / 16:04


« Əvvəlki xəbər (313 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR