Kürdəmirdə evdən dəmir seyf oğurlayan dəstə üzvləri saxlanılıb

Kürdəmir rayonunda yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evlərinin birindən iki ədəd noutbuk, bir ədəd mobil telefon və bir ədəd dəmir seyf oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, araşdırmalarla onların rayon sakini Fərid Musayev və onun tanışı, rayonun Mollakənd kənd sakini Xəyal Heydərov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf edərək qanunsuz yolla əldə etdikləri əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.



Xəbərlər  Tarix:   12 İyul 2021 / 13:46


« Əvvəlki xəbər (2273 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR