Azərbaycanlı məmur Gürcüstanın hakim partiyasından istefa verdi

Gürcüstanın Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov vəzifələrini tərk edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü feysbuk səhifəsində məlumat yayıb.
R.Orucov öz arzusu ilə hakim Gürcü Arzusu Partiyasından da istefa verdiyini bildirib:
“Bu qərarıma səbəb partiyanın son zamanlar yürütdüyü siyasətin mənim siyasi mövqeyimlə üst-üstə düşməməsidir”.
O vurğulayıb ki, fəaliyyət göstərdiyi 7 il müddətində hər zaman dövlətə və xalqa vicdanla xidmət edib:
“Ümid edirəm ki, etimadınızı doğrultdum”.



Xəbərlər  Tarix:   15 İyul 2021 / 13:16


« Əvvəlki xəbər (2260 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR