Azərbaycanda günəş enerjisinin istehsalı 15 %-dək artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 203,2 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 1,2 % artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 11,2 % artaraq 198,4 milyon manat təşkil edib.
Ötən 6 ay ərzində Azərbaycanda 12 milyard 373,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur. Bunun 11 milyard 986,1 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2,9 % çoxdur.
Bunun 755,5 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 13,5 % çoxdur.
Bunun 11 milyard 159,1 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin 6 ayının göstəriciləri ilə müqayisədə 2,3 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 45,9 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin yarım ilinin göstəriciləri ilə müqayisədə 13,6 % azdır.
Yanvar-iyun aylarında ölkədə 25,6 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 14,8 % çoxdur.



Xəbərlər  Tarix:   15 İyul 2021 / 14:19


« Əvvəlki xəbər (271 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR