Neftçalada 32 yaşlı kişi qətlə yetirilib

Neftçala rayonunda qətl hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bankə qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin qəsəbənin sakini, 1982-ci il təvəllüdlü Baloğlanov Famil Ağabala oğlu qısqanclıq zəminində eyni qəsəbədən olan, 1989-cu il təvəllüdlü Musayev Mirağa Mirkərim oğlunu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   22 İyul 2021 / 13:24


« Əvvəlki xəbər (2254 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR