Gürcüstanın Azərbaycana borcu azalıb

Bu il iyulun 1-nə Gürcüstanın Azərbaycana borcu 4,85 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu 204 min dollar azalıb.
İyunun sonuna Gürcüstanın xarici dövlət borcu 8,1 milyard dollara bərabər olub ki, bunun da 7,5 milyard dolları hökumətin payına düşür.
Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da aylıq müqayisədə qismən azalaraq müvafiq olaraq 9,406 milyon ABŞ dolları, 34,649 milyon ABŞ dolları və 4,607 milyon ABŞ dollarına bərabər olub



Xəbərlər  Tarix:   22 İyul 2021 / 13:42


« Əvvəlki xəbər (2251 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR