Ukraynalı deputat Oxçuçayla bağlı dünya ictimaiyyətinə çağırış edib

"Ukrayna Ali Radasının Ekoloji siyasət və təbiətdən istifadə komitəsinin üzvü kimi, su hövzələrinin kimyəvi və sənaye tullantıları ilə çirklənməsi halları məni narahat edir. Ona görə də Oxçuçay çayındakı vəziyyətlə bağlı xəbərlər diqqətimi çəkdi".
Bu fikirləri "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Ekoloji siyasət və təbiətdən istifadə komitəsinin üzvü, xalq deputatı Pavel Bakunets bildirib.
O, vəziyyəti təfərrüatlı şəkildə şərh etmək üçün kifayət qədər məlumata sahib olmamasından təəssüfləndiyini söyləyib: "Bu mövzuda müvafiq hökumət komissiyalarının, ətraf mühitin qorunması üzrə təşkilatların, eləcə də alimlərin yekun rəylərini görmək istərdim. Anlamaq lazımdır ki, ətraf mühit hansısa özəl şirkətlərə, hətta ölkələrə aid deyil, bütün planetimizin mülküdür. Bu səbəbdən də təbiət və ekologiyanın da ölkələr arasındakı siyasi qarşıdurmaların bir hissəsinə çevrilməsi xüsusilə xoşagəlməzdir. Əminəm ki, Oxçuçay çayında baş verə biləcək ekoloji fəlakət bunun qarşısını ala bilmək iqtidarında olan, amma bunu etməyən hər kəs üçün ortaq məsuliyyətdir. Ona görə də beynəlxalq ictimaiyyəti bu hala diqqət yetirməyə və bunun səbəblərini ətraflı araşdırmağa çağırıram".



Xəbərlər  Tarix:   22 İyul 2021 / 14:48


« Əvvəlki xəbər (270 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR