Azərbaycanın logistika şirkəti Rusiyadan 100 vaqon alıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin ekspeditoru olan "Alyans Logistic" şirkəti özünün vaqon parkının genişləndirmək niyyətini bildirib.
“Report”un məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən tədbirdə çıxış Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov deyib.
Onun sözlərinə görə, artıq ilk real razılaşma əldə edilib: “Rusiyanın "Roseksimbank" dövlət bankı tərəfindən maliyyələşdirilən və Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə "Alyans Logistic" Rusiyanın "RM Rail" şirkətindən 100 vaqon alıb.
O bildirib ki, Azərbaycan şirkəti tərəfindən əvvəlcədən ödənişlər artıq həyata keçirilib: “Roseksimbank" və Rusiya İxrac Mərkəzi Azərbaycan şirkətinə təchizatçı tapmaqda və əməliyyatı müşayiət etməkdə yüksək səviyyədə dəstək verib".
S. Qurbanov bir çox kommersiya təfərrüatlarını açıqlamaq istəmədiyini qeyd edərək deyib ki, “Roseksimbank” şirkətlərə çox sərfəli və cəlbedici şərtlər təklif edir: “Bu istiqamətdə çox böyük potensial mövcuddur".



Xəbərlər  Tarix:   23 İyul 2021 / 13:06


« Əvvəlki xəbər (2243 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR