Alimlər dünyada baş verən təbii fəlakətlərin səbəbini açıqlayıblar

Son zamanlar Yer kürəsində getdikcə daha tez-tez baş verən təbii fəlakətlər qlobal iqlim dəyişikliyinin nəticəsidir.
“Report” “İzvestiye” qəzetinə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Ekspertlər ABŞ və Kanadada anomal isti hava şəraitinin, Avropa və Çində daşqınların, Rusiyada isə meşə yanğınlarının baş verməsinə işarə ediblər. Bundan başqa, Türkiyədə və Şimali Afrika ölkələrində havanın temperaturunun rekord dərəcədə istiləşməsi, Braziliya və Cənubi Afrikada isə əksinə, görünməmiş aşağı temperatur göstəriciləri diqqəti cəlb edir.
Almaniyalı meteoroloq Yohannes Kvaas hesab edir ki, hazırda müşahidə olunan iqlim dəyişikliyi onillər öncə havaya atılan tullantılarla bağlıdır.
Onun sözlərinə görə, hətta zərərli maddələrin havaya atılması indi dayandırılsa belə, bu, əsrin sonunadək temperaturun 0,8 dərəcə artmasının qarşısını almayacaq.



Xəbərlər  Tarix:   27 İyul 2021 / 16:13


« Əvvəlki xəbər (241 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR