Nazirlik: "Müəllim olmaq istəyən 6000 namizədin balına əlavələr edilib"

“Müəllimlərin işə qəbulu üzrə imtahanlar üçün təqdim olunan test tapşırıqlarında səhv sual ola bilər. Bu da texniki problemlərlə bağlıdır”.
“Report” xəbər verir ki, Təhsil İnstitutunun mərkəz rəhbəri Nəzakət Mehdiyeva deyib.
Onun sözlərinə görə, həmin suallar vaxtında aşkar olunaraq apellyasiya zamanı namizədlərə məlumat verilir.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə qeyd edib ki, builki imtahanlarda 5 sualda uyğunsuzluq olduğundan 6 000 namizədin balına əlavələr olub.



Xəbərlər  Tarix:   29 İyul 2021 / 12:46


« Əvvəlki xəbər (249 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR