Dünya üzrə super bahalı evlərin satışları iki dəfə artıb

Bu ilin yanvar-iyun aylarında dünya üzrə qiyməti 10 milyon ABŞ dollarından yuxarı olan super bahalı evlərin satışı ilə bağlı 13,7 milyard ABŞ dolları məbləğində 785 əqd bağlanıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, dəyər və kəmiyyət baxımından bir il əvvəlki göstəricilərdən iki dəfə çoxdur.
Qeyd edilən vəsait Nyu-York, Los-Anceles, Honq-Konq, London, Sidney, Sinqapur və Dubayda evlərin alınmasına sərf olunub.
Əqdlərin 202-si Nyu-Yorkun payına düşüb. Bu şəhərdə həmin seqmentə aid 3,4 milyard dollarlıq ev satılıb.



Xəbərlər  Tarix:   29 İyul 2021 / 13:37


« Əvvəlki xəbər (2222 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR