Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

"Ermənistan atəşkəs rejimini pozmaqla sülh prosesinə maneçilik törədir, bu isə regionda sabitlik baxımından həssaslığı daha da artırır".
Bunu “Report”a Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm Ermənistanın Azərbaycanla sərhəddə çoxsaylı təxribatlar törətməsini şərh edərkən bildirib.
“Hesab edirəm ki, əsas problem Ermənistanın hərəkətlərinin əvvəlki kimi regionda adi insan təhlükəsizliyini nəzərə almamasında və beynəlxalq razılaşmaya uyğun olmamasındadır. Sülhün təmin edilməsi istiqamətində beynəlxalq səviyyədə səy göstərilməsinə baxmayaraq, rəsmi İrəvanın bədxahlığı bu səylərin nəticəsiz qalması təhlükəsi yaradır. Bütün dünya ermənilərin vəhşiliyini və iç üzünü gördü”, - o deyib.
Ekspert həmçinin əlavə edib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli noyabr bəyanatı regionun geosiyasi konfiqurasiyasını köklü şəkildə dəyişib. Lakin bəyanatdan sonra Ermənistan mina sahələrinin xəritələrini təqdim etməməklə, habelə ekstremistlərin dövlət tərəfindən maliyyələşdirilən fəaliyyətində iştirak etməklə razılaşmanı pozur.
Ermənistan mina sahələrinin xəritələrini təqdim etməsi faktını şərh edərkən X.T.Əkrəm bildirib: “Bu, Ermənistanın mənfur niyyətlərinin, onun dövlət səviyyəsində aparılan terror və sabotaj fəaliyyəti ilə əlaqəsinin təzahürüdür. Beynəlxalq ictimaiyyət susmamalı, Ermənistana münasibətdə sərt qərar qəbul etməli, mina yerləşdirilmiş rayonların xəritələrini təqdim etməsi və üçtərəfli atəşkəs razılaşmasına riayət etməsi üçün bu ölkənin rəhbərliyinə təzyiq göstərməlidir”



Xəbərlər  Tarix:   4 Avq 2021 / 14:02


« Əvvəlki xəbər (2182 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR