Yaponiyada gündəlik yoluxmanın daha bir rekordu qeydə alınıb

Yaponiyada ötən 24 saat ərzində koronavirusa azı 15 min yoluxma halı qeydə alınıb.
“Report” NHK-yə istinadən xəbər verir ki, bu da pandemiya dövründə ən yüksək rəqəmdir. Bir qədər əvvəl paytaxt Tokionun rəhbərliyi gün ərzində 5 042 yoluxan olduğunu açıqlamışdı ki, bu da pandemiya dövrünün rekordudur. Yoluxma ilə bağlı əvvəlki rekord rəqəmlər - ölkədə 14,2 min, paytaxtda 4 166 nəfər ötən günə aiddir.
Bütövlükdə pandemiya başlayandan bu yana Yaponiyada 970 min nəfər koronavirusa yoluxub ki, onların 15,2 mini vəfat edib, 853 minə yaxını sağalıb.



Xəbərlər  Tarix:   5 Avq 2021 / 14:23


« Əvvəlki xəbər (2171 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR