"91-lər"in üzvü olan keçmiş deputat vəfat edib

Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.
"Report" xəbər verir ki, 70 yaşında dünyasını dəyişən T.Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə "Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
O, 1999-2000-ci illərdə Milli Məclisinin üzvü olub.
T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.
2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!



Xəbərlər  Tarix:   13 Avq 2021 / 10:50


« Əvvəlki xəbər (2163 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR