Kabil hava limanında bədbəxt hadisə baş verib, ölənlər var

Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanında bədbəxt hadisə baş verib. Havaya qalxan təyyarədən yapışmaq istəyən iki nəfər yerə yıxılaraq həyatlarını itiriblər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, həmin təyyarənin ABŞ-a məxsus olduğu güman edilir. Belə ki, ABŞ Kabildəki diplomatik heyətini ölkədən çıxardığını elan edib.
Bundan əvvəl AFP şahidlərə istinadən xəbər verib ki, hava limanını nəzarətə götürən amerikalı hərbçilər xaricə getməyə can ataraq oraya daxil olan kütləni dağıtmaq üçün havaya atəş açıblar.



Xəbərlər  Tarix:   16 Avq 2021 / 15:09


« Əvvəlki xəbər (2155 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR