Vətəndaşın "Uğurmedia"ya müraciəti

Uğurmedia Xəbər və Yayım İnformasiya Agentliyi olaraq son zamanlar qadına qarşı şiddətin vüsət almasını göz önünə gətirib bu hallarla rastlaşan vətəndaşların səsini ictimaiyyətə çatdırmağa və lazımi dəstəyi göstərməyə hazırıq.
Belə ki,İbrahimova Lyudmila Həşim qızı redaksiyamıza gələrək öz həyat yoldaşı tərəfindən təhqirlərə və şiddətə məruz qaldığını bizə bildirdi.Mediamızın hüquqşünası Aysel xanım tərəfindən aliment,boşanma və digər məsələlərlə bağlı hüquqi yardım göstərilərək vətəndaşın döyülməsilə bağlı Sabunçu RPİ-nin 15-ci bölməsinə müraciət edildi.
Biz dövlətimizə,dövlətçiliyimizə,polisimizə güvənirik və inanırıq ki,vətəndaş İbrahimova Lyudmila Həşim qızının işi ilə bağlı ədalətli şəkildə qərar çıxarılacaqdır.
Əgər siz də belə haqsızlıqlarla qarşılaşıb,hüquq pozuntusuna məruz qalmısınızsa,Uğurmediaya müraciət edə və ya qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.
Qaynar xətt : (+994) 51 882 22 22



Xəbərlər  Tarix:   24 Avq 2021 / 15:06


« Əvvəlki xəbər (2131 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR