“Azəriqaz”ın növbəti "Açıq Mikrofon" aksiyası baş tutub

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
"Report" xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilir ki, vətəndaşların problem və təkliflərini dinləmək üçün bu dəfə “Səyyar qəbul otağı” Abşeron rayonunun Məhəmmədi kəndində quruldu. Saat 10:00-dan 12:00-a qədər Birliyin “Açıq mikrofon”u bu kəndin sakinlərinin ixtiyarında oldu. Aksiyada iştirak edən vətəndaşlar yaşadıqları yeni yaşayış massivində mavi yanacaqdan istifadə edə bilmədiklərini bildirdilər. Səsləndirilən hər bir müraciət fərdi qaydada dinlənildi.
"Sayca 7-ci olan bu aksiyamız da səmərəli keçdi", - məlumatda deyilir.
Qeyd edək ki, bu günə qədər “Səyyar qəbul otağı” 4 dəfə regionlarda, 2 dəfə isə Bakıətrafı qəsəbələrdə təşkil olunub. “Açıq mikrofon” aksiyası bundan sonra da bütün bölgələr üzrə davamlı şəkildə həyata keçiriləcək. Bir yerdə olaq ki, problemlər tez həll olunsun!



Xəbərlər  Tarix:   24 Avq 2021 / 15:17


« Əvvəlki xəbər (2129 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR