DİM sədri: "Subbakalavrlar müsabiqə balını toplayan heç bir abituriyentə rəqib deyil"

“2020-ci ildə ixtisas seçimində iştirak edən subbakalavrların sayı 13 798 olub. Subbakalavrlara avtomatik olaraq müsabiqədə iştirak etmək üçün bal avtomatik olaraq verilir”.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“Subbakalavrlar müsabiqə balını toplayan heç bir abituriyentə rəqib deyil. Onlar sadəcə boş yerlərə yerləşdirilir. Ali məktəblərə 2020-ci ildə 5 179 subbakalavr qəbul olunub. Onlardan 788-i dövlət sifarişli yerlərə qəbul olunub. Bu, kifayət qədər böyük rəqəmdir. Əksər subbakalavrlar I və II qrupa qəbul olunurlar və onların bu qruplara daxil olmaq şansı daha yüksəkdir", - DİM sədri vurğulayıb.



Xəbərlər  Tarix:   25 Avq 2021 / 14:49


« Əvvəlki xəbər (2125 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR