AD GÜNÜ TƏBRİKİ

Hörmətli Mehriban xanım!
Doğum gününüz münasibətilə Uğurmedia Xəbər və Yayım Agentliyi olaraq Sizi xalqımız adından təbrik edir, sizə can sağlığı və uzun ömür diləyirik!
Sizin vətənimizə və xalqımıza olan sevginiz və diqqətiniz hər zaman göz önündədir. Dövlətimizin inkişafı üçün gördüyünüz bütün tədbirləri və verdiyiniz qərarları alqışlayırıq.
Sizə gördüyünüz bütün işlərdə müvəffəqiyyət arzulayırıq!
İlhamla İlhamlanıb cüt dayan
Adəm, Həvva yaranmışdı çox öncə,
Məhəmmədə sevgi payi xədicə,
Sevgisinə sadiq olub ölüncə,
Tariximdən doğan günəş mehriban
İlhamınla ilhamlanıb cüt dayan.
Tək olmasın göydə günəş də, ay da,
Neçə ulduz yaranmışdı nə sayda.
Məcnun Leyli eşqi ilə harayda,
Tariximdən doğan günəş mehriban
İlhamınla ilhamlanıb cüt dayan.
Fərhad şirin Şirinindən doymamış,
Dağlar çapıb namərdlərə uymamış,
Kərəm kimi kimsə dastan qoymamış,
Tariximdən doğan günəş mehriban
İlhamınla ilhamlanıb cüt dayan.
Koroğluyla Nigar durmuş yanaşı,
Nəbisiylə, Həcər udmuş savaşı,
Bu diyarın Natəvan tək yaddaşı,
Tariximdən doğan günəş mehriban
İlhamınla ilhamlanıb cüt dayan.
Eşqdən doğmuş bu dünyanın təməli,
Şair yazar şeirləri, qəzəli.
Vətənimin ey ismətli gözəli,
Tariximdən doğan günəş mehriban
İlhamınla ilhamlanıb cüt dayan.
Hörmətlə,
Uğurmedia adından Nüyvər Şərifova tərəfindən



Öz xəbərlərimiz  Tarix:   27 Avq 2021 / 15:24


« Əvvəlki xəbər (2117 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR