Vətəndaşın "Uğurmedia"ya müraciəti

Uğurmedia Xəbər və Yayım İnformasiya Agentliyi olaraq hər zaman haqsızlığa məruz qalan vətəndaşlarımızın yanındayıq.
Belə ki, Gəncə şəhər sakini,” II Qarabağ müharibəsi” iştirakçısı eyni zamanda qazisi Məmmədov Tural Aydın oğlu torpaq sahəsi almaq üçün elə həmin şəhər sakini Kamran adlı şəxs və onun bacısına 1000 Azn vermişdir.Lakin adıçəkilən şəxslər Tural bəydən həmin məbləği alıb,mənimsəmişdir.Zərərçəkən dəfələrlə verdiyi pulu geri almağa çalışsa da hər dəfə təhqir və böhtanlara məruz qalaraq sonda Uğurmedia Xəbər və Yayım İnformasiya Agentliyinin redaksiyasına gələrək başına gələnlərlə bağlı müraciət etmişdir.
Mediamız baş verən hadisəylə bağlı vətəndaşa hüquqi yardım göstərərək ictimaiyyətə çatdırmışdır.
Biz dövlətimizə,dövlətçiliyimizə,polisimizə güvənirik və inanırıq ki,vətəndaş Məmmədov Tural Aydın oğluna dəymiş ziyan polis tərəfindən ödədiləcəkdir.
Əgər siz də belə haqsızlıqlarla qarşılaşıb,hüquq pozuntusuna məruz qalmısınızsa,Uğurmediaya müraciət edə və ya qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.
Qaynar xətt : (+994) 51 882 22 22



Xəbərlər  Tarix:   1 Sen 2021 / 11:19


« Əvvəlki xəbər (110 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR