Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralanıb

Türkiyədə silahlı insident olub.
Bu barədə “Report” “Cümhuriyyət”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə İzmir əyalətində qeydə alınıb. Konak rayonunda 2 şübhəli şəxs əvvəlcədən xoşagəlməz münasibətin olduğu ailənin yaşadığı evin önünə gəlib. Onlardan biri odlu silahdan ətrafdakılara atəş açıb. Nəticədə 12 nəfər xəsarət alıb. Yaralılar arasında 1 yaşlı körpə, habelə yeniyetmə, gənclər də var.
Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda polis əməkdaşı və təcili tibbi yardım maşını cəlb edilib. Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb.
İnsidentlə bağlı 2 nəfər polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.



Xəbərlər  Tarix:   8 Sen 2021 / 12:31


« Əvvəlki xəbər (80 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR