Ağdamda şəhid baş leytenant Səfərov Hikmət İldırım oğlunun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub


Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsində şəhid Səfərov Hikmət İldırım oğlunun əziz xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
Mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, RİHB-nın aparatının əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıldı. Daha sonra abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülərək şəhidin əziz xatirəsi yad edilmişdir. Tədbir məktəblilərin ədəbi-bədii kompazisiyası ilə yekunlaşdı. Ugurmedia.az-ın Filial rəhbəri Mətanət Akifqızı



Xəbərlər  Tarix:   9 Sen 2021 / 17:26


« Əvvəlki xəbər (72 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR