Mikayıl Cabbarov: “Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib”

“Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib.
“Ortaq dəyərlərə malik türk dövlətləri koronavirus (COVID-19) pandemiyası dövründə də bir-birinə dəstək verib. Bu gün pandemiyanın iqtisadiyyatımıza təsirinin azaldılması istiqamətində müzakirələr aparırıq”, - o bildirib.
Bundan başqa, M.Cabbarovun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında türkdilli ölkələr və Macarıstanın ticarət dövriyyəsinin dəyəri 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi dövriyyənin 15%-i deməkdir”.



Xəbərlər  Tarix:   10 Sen 2021 / 10:23


« Əvvəlki xəbər (2054 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR