“Media və təhsil dialoqu” çərçivəsində təlim keçiriləcək

16-17 sentyabr 2021-ci il tarixlərində Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçiriləcək.

Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Təlimlərdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri tərəfindən təhsilin ayrı-ayrı sahələri üzrə yeni tədris ilinə dair təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaq.



Xəbərlər  Tarix:   15 Sen 2021 / 14:27


« Əvvəlki xəbər (42 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR