Azərbaycanda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 667-yə çatır

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Hadrut istiqamətində aşkarlanıb.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1 667-yə çatıb.



Xəbərlər  Tarix:   16 Sen 2021 / 09:57


« Əvvəlki xəbər (2016 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR