ÜST nümayəndəsi: "Azərbaycanda "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb"

"Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mü" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır".
"Report"un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, "mü" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mü" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".



Xəbərlər  Tarix:   16 Sen 2021 / 14:11


« Əvvəlki xəbər (789 / 6075) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR