Növbəti Olimpiya Oyunlarının şüarı bəlli olub

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının şüarı açıqlanıb.
"Report" yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, şüar koronavirus pandemiyasına qlobal reaksiya kontekstində seçilib və "Ümumi gələcək naminə birlikdə" adlanır.
Bundan əlavə, olimpiya məşəlinin alovlandırılma mərasimi pandemiya səbəbindən azarkeşsiz olacaq. Tədbir oktyabrın 18-də Yunanıstandakı tarixi Olimpiya bölgəsində gerçəkləşəcək.
Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il 4 - 20 fevralda keçiriləcək.



Xəbərlər  Tarix:   17 Sen 2021 / 14:44


« Əvvəlki xəbər (153 / 5443) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR