“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın formasına dəyişiklik edilib

“Dövlət Rüsumu haqqında” qanunda edilmiş dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi dövlət rüsumu tutulan hallara aid edilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı Xidmətin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası yeni redaksiyada təsdiq edilib.
Hesabatın yeni forması və onun tərtib edilməsi qaydası ilə Dövlət Vergi Xidmətinin rəsmi saytının (www.taxes.gov.az) “Bəyannamə” bölməsində tanış olmaq mümkündür.



Xəbərlər  Tarix:   21 Sen 2021 / 12:38


« Əvvəlki xəbər (1986 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR