Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən igidlərimizin xatirələrinin yad edilməsi məqsədi ilə "Şəhidlər ölməz - Vətən bölünməz" silsiləsindən növbəti tədbir keçirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən bu dəfəki tədbirdə şəhid Rəşid Pərviz oğlu Həmidovun xatirəsi anılıb. Mərasimdə şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şəhidin qısa, amma şərəfli həyat və döyüş yolundan söz açıb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
İgid əsgərimizin anası, Tənzilə xanım çıxışında Ali Baş Komandanımıza və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Tədbir iştirakçılarına Rəşidin ömür və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda Həzi Aslanov adına Ordu Ideoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.



Xəbərlər  Tarix:   21 Sen 2021 / 12:46


« Əvvəlki xəbər (1984 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR