Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açılıb

Ötən ilin 27 sentyabrından başlayan və Ordumuzun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Anım Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilib.
Şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.



Xəbərlər  Tarix:   27 Sen 2021 / 12:13


« Əvvəlki xəbər (1950 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR