Şəhid Kənan Dadaşzadənin anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədi ilə "Şəhidlər ölməz – Vətən bölünməz!" tədbirlər silsiləsinin növbəti anım mərasimi keçirilib.
Şəhid Kənan Dadaşzadənin xatirəsinə həsr olunan mərasimdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Anım tədbirində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Şəhid K.Dadaşzadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsi uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.



Xəbərlər  Tarix:   8 Okt 2021 / 14:34


« Əvvəlki xəbər (1898 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR