Vətən müharibəsi Şəhidi Cəfərov Ruslan Gündüz oğlunun Şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.

Soyad: Cəfərov
Ad: Ruslan
Ata adı: Gündüz
Doğum tarixi: 19.11.1976
Şəhid olub: 11.10.2020
Rütbə: Mayor
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Ruslan Gündüz oğlu Cəfərov 1976-cı il noyabrın 19-da anadan olub. Əslən Xocalı rayonundan idi.
Azərbaycan Ordusunun mayoru olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ruslan Cəfərov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyaban dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra " Vətən uğrunda " medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra " Füzulinin azad olunmasına görə " medalı ilə təltif edilib.



Xəbərlər  Tarix:   11 Okt 2021 / 13:39


« Əvvəlki xəbər (1891 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR