Hərbi Tibb Fakültəsində şəhidin anım mərasimi keçirilib

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tibb xidməti leytenantı Turqut Xəlilbəylinin Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində anım mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri və fakültənin şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə iştirakçılar şəhid tibb xidməti leytenantı T.Xəlilbəylinin adına olan Hərbi Tibb Fakültəsinin kitabxanasına baxış keçiriblər.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anma mərasimində T.Xəlilbəylinin şərəfli həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər şəhidin Vətən müharibəsində yaralılara ilkin tibbi yardım göstərməsindən, onun vətənpərvərliyindən, cəsurluğundan, şücaətindən danışıblar.
Sonda vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.



Xəbərlər  Tarix:   12 Okt 2021 / 14:54


« Əvvəlki xəbər (677 / 6085) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR