Vətən müharibəsi Şəhidi Novruzov Aqşin Şahin oğlunun Şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.

Soyad: Novruzov
Ad: Aqşin
Ata adı: Şahin
Doğum tarixi: 15.08.1998
Şəhid olub: 13.10.2020
Rütbə: əsgər
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.
2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və 30 dekabr 2020 -ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə (ölümündən sonra) təltif edilib.



Xəbərlər  Tarix:   13 Okt 2021 / 15:11


« Əvvəlki xəbər (663 / 6075) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR