Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasını tədbiri keçirildi

Hamılıqla mübarizə aparaq
Heydər Əliyev mərkəzinin müşavirə zalında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının tədbiri keçirildi. Oktyabrın 13-də baş tutan tədbirin birinci hissəsində Narkomalığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Şəhər Komissiyasının üzvləri, hüquq mühafizə orqanlarının, narkoloji dispanserin və şəhər təhsil şöbəsinin rəhbərləri, İcra Hakimiyyəti başçısının müavini iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və Hümanitar Məsələlər şöbəsinin müdiri Hikmət Kərimov çıxış edərək tədbirdə iştirak edən dövlət komissiyası üzvlərini və qonaqları iştirakçılara təqdim etdi. Qeyd olundu ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən içi qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən içi qrupunun baş məsləhətçisi Raqif Allahverdiyev, Daxili işlər Naizrliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Əməkdaşı Seymur Quliyev, Ailə, Qadın və Uşaq problemləri Üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Hüseynzadə iştirak edirdilər.
H.Kərimov daha sonra narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bir sıra məsələlərə toxunaraq fikirlərini bölüşdü.
Tədbirdə Tanrıverdi Aydınov çıxış edərək Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən həyata keçirilən bir sıra mühüm məsələlər haqqında məlumat verdi. Qeyd etdi ki, hazırda bu istiqamətdə ölkə daxilində ciddi işlər həyata keçirilir. Məqsəd narkomanlığa və narkotik vasitələrin istifadəçilərinə qarşı mübarizəni daha da gücləndirməkdir.
Tədbirin ikinci hissəsində məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, məktəblərin pisixoloqları iştirak edirdilər. Onlar qarşısında narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı aparılan mübarizəni əks etdirən videoçarxlar göstərildi, məsləhətlər verildi.
Sonda iştirakçıların bir qrupuna sertivikatlar verildi.



Xəbərlər  Tarix:   14 Okt 2021 / 14:50


« Əvvəlki xəbər (1875 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR