Zəfər bağında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanındakı bağda xatirə kompleksinin inşaası davam etdirilir,abidə kompleksində mərmər üzlüklərin vurulması işləri davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq təmir-bərpa işləri aparılan ərazidə tamet daşları döşənilir, işıqlandırma sistemi yenilənir və işıq dirəkləri quraşdırılır ,torpaq işləri görülür, yeni yaşıllıq zolaqları və yeni oturacaqların yerləşdirilməsi istiqamətində işlər aparılır.
RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib



Xəbərlər  Tarix:   15 Okt 2021 / 10:56


« Əvvəlki xəbər (1873 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR