Şəhid Elyəddin Cəfərovun xatirəsi ehtiramla anılıb

Naftlan şəhərində 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış Elyəddin Cəfərovun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
ŞİH başçısı Vüqar Novruzov, Millət vəkili Anar Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri tədbirdə iştirak ediblər.
Tədbir iştirakçıları Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Qeyd edək ki, Elyəddin Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olub.



Xəbərlər  Tarix:   20 Okt 2021 / 10:29


« Əvvəlki xəbər (1862 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR