Səbaildə tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri davam edir

Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonunun mərkəzi hissəsində yerləşən İstiqlaliyyət, R.Rza, Y.Məmmədəliyev, Z.Tağıyev, T.Əliyarbəyov, Ə.Əlizadə, M.Ə.Rəsulzadə, M.Əfəndiyev, Ə.Cavad küçələrində 19 və 20-ci əsrin tarixi binaları və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmadan quraşdırılmış ictimai iaşə obyektlərinə məxsus havalandırma boruları sökülərək qeyd olunan binalar və memarlıq abidələri əvvəlki vəziyyətinə qaytarılır.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanlarda fəliyyət göstərən sahibkarlarla müasir tələblərə cavab verən havalandırma sistemlərinin quraşdırılması ilə bağlı danışıqlar aparılır.
Tarixi binalar və memarlıq abidələri üzərində müvafiq qurumların icazəsi olmadan konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin və daşların korlanmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.



Xəbərlər  Tarix:   21 Okt 2021 / 16:56


« Əvvəlki xəbər (52 / 5493) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

8 Noyabr zəfər günü
8 Noy 2021 / 13:45