Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun Şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.

Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizdən biri də Məmmədağa Səfərovdur.
Məmmədağa Səfərov 1997-ci il mayın 10-da Bakı şəhərində anadan olub.
Yasamal rayonundakı A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə oxuyub. Məmmədağa Səfərov 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində ali təhsil alıb. Təhsilin son pilləsində Məmmədağa Vətənə qayıdır, ailəsinə deyir ki, təhsilini dondurub və hərbi xidmətini bitirdikdən sonra davam edəcək.
2019-cu il oktyabrın 8-də Qusar rayonuna hərbi xidmətə yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının alınmasında iştirak edib. Oktyabrın 21-də Xocavəndin Düdükçü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Səfərov ölümündən sonra "Vətən uğrunda" , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Füzuli azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin adı təhsil aldığı Türkiyənin Balıkəsir Universitetində də əbədiləşdirilib.



Xəbərlər  Tarix:   21 Okt 2021 / 17:02


« Əvvəlki xəbər (51 / 5493) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

8 Noyabr zəfər günü
8 Noy 2021 / 13:45