Aprel şəhidi Vaqif Bayramovun ailəsi ziyarət olunub

Naftalan ŞİH başçısı Vüqar Novruzov və şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov 2016-cı il aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalan Vaqif Bayramovun ailəsini ziyarət edib. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, qəhrəman Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, qazanılan tarixi qələbədən danışılıb. Səmimi söhbət zamanı icra başçısı bildirib ki, hər bir şəhid ailəsinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ardıcıl olaraq bu kateqoriyaya daxil olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Şəhidimizin atası Dilqəm Bayramov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandanımız Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələri və öz ailəsi adından dərin minnətdarlığını bildirib. Bu gün Vaqifin, eləcə də bütün şəhidlərimizin qisasının alındığını və ruhlarının şad olduğunu qürur hissi ilə söyləyib.



Xəbərlər  Tarix:   26 Okt 2021 / 14:56


« Əvvəlki xəbər (1850 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR