Şirvanda Vətən müharibəsinin şəhidi Məmmədov Röyal Misil oğlunun anım günü qeyd olunub.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Məmmədov Röyal Misil oğlunun anım günü boya-başa çatdığı və dəfn edildiyi Şirvan şəhərində qeyd edilib.
​ ​ ​ ​ ​ ​Şəhidin anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər Prokuroru Kamal Talıbov, Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Röyal Məmmədovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
​ ​ ​ ​ ​ ​ ​Şəhidin məzarı qarşısında çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Röyal Məmmədovun atasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir diləyib. Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun, şücaətli oğullarımızın həyatları bahasına torpaqlarımızı​ işğalçılardan azad etdiyini diqqətə çatdırıb. Şirvanın qeyrətli oğlu şəhid​ Röyal Məmmədovun keçdiyi qısa və mənalı həyat yolundan bəhs edərək, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu siyasətin davamı olaraq Şirvan şəhərində də şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsi yüksək səviyyədə həyata keçirilir.
​ ​ ​ ​ ​ ​ Sonra tədbir iştirakçıları şəhid Röyal Məmmədovun vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə lövhəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Şəhidin atası Misil Məmmədov çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
​ ​ ​ ​ ​ ​Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Röyal Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. Şəhid əsgər Röyal Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunun.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
​ ​ ​



Xəbərlər  Tarix:   26 Okt 2021 / 16:33


« Əvvəlki xəbər (628 / 6073) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR