Nəsimi rayonu Alı Mustafayev 3 ünvanında abadlıq işlərinə başlanılıb

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində hazırda Alı Mustafayev 3 ünvanında sakinlərin müraciəti nəzəzrə alınaraq həyətdə asfalt örtüyü yenilənib və bardürlər yeniləri ilə əvəz olunub, söhbətgahlar təmir edilib.
Alı Mustafayev 3 ünvanında yerləşən binanın giriş bloklarının təmiri, yağış sularını axıdan boru və navalçaların yenisi ilə əvəz olunması, pilləkən meydançalarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur.,
Həmçinin RİH Başçısı qeyd olunan ünvanlarda olaraq binaların həyətlərində görülən işlərlə tanış olub və vətəndaşların qaldırdıqları digər məsələlərlə maraqlanmış və həlli ilə əlaqədar müvafiq şəxslərə tövsiyyələr verilmişdir.



Xəbərlər  Tarix:   28 Okt 2021 / 15:54


« Əvvəlki xəbər (1838 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR