Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində müşavirə keçirildi

29 oktyabr 2021-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.
Müşavirədə Qaradağ Rayon İcra Başçısının müavinləri, aparatın şöbə müdirləri, Qaradağ rayon MKTB-nin, Rayon Gənclər və İdman İdarəsinin, Rayon Gənclər evinin və rayon Mədəniyyət evinin rəhbərləri iştirak edirdilər.
Müşavirədə “8 Noyabr Zəfər günü”nün təntənəli şəkildə qeyd olunması ilə bağlı Tədbirlər planı üzrə keçiriləcək silsilə tədbirlərin bütün detalları bir daha müzakirə olunmuş, Qələbə münasibəti ilə əlaqədar ictimai yerlərdə dövlət bayraqlarının və Zəfər Gününə həsr olunmuş plakatlarının asılması, konsert proqramlarının təşkil olunması, sərgilərin keçirilməsi, muzeylərin ziyarəti planlaşdırıldı.
Bundan əlavə rayon məktəblilərinin və gənclərinin “Hərbi Qənimətlər Parkı”nin ziyarət etməsi təşkil olunacaqdır.



Xəbərlər  Tarix:   29 Okt 2021 / 13:40


« Əvvəlki xəbər (615 / 6075) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR