Liman şəhərində şəhid bulağı açılıb

Torpaqlarımızın işğaldan azad olunması ilə başa çatmış 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun şanlı döyüş səlnaməsinin ən parlaq səhifəsinə çevrilib. Bu şərəfli səhifəni cəsur oğullarımız qanları ilə, canları ilə yazıblar. Onlardan biri də Lənkəran rayonunun Liman şəhər sakini Səmədov Kamran Ceyhun oğlu olub. Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə könüllü olaraq qatılmış minlərlə vətənpərvər gənclərdən biri olan Ceyhun Səmədov döyüşlər zamanı yüksək qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr vurub. Lakin döyüşlərin birində Ceyhun Səmədov qəhrəmancasına həlak olub şəhidlik zirvəsinə yüksəlir. Komandanlıq onun döyüş xidmətlərini yüksək qiymətləndirib. Lənkəranın digər şahidləri kimi Ceyhun Səmədovunda xatirəsi unudulmur, daim əziz tutulur. Oktyabın 31-də şəhidin anım günündə Liman şəhərində onun adına tikilmiş bulağın açılışı olub. Açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən İcra başçısı Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin tarixi əhəmiyyətindən geniş danışaraq bu qələbənin məhz qəhrəman oğulların şücaəti və şəhidlərin qanı sayəsində qazanıldığını diqqətə çatdırıb. Şəhidlərin əziz xatirəsinin heç vaxt unudulmayacağını bildirən İcra başçısı şəhid valideynlərinə müraciət edərək xalqını, torpağını canından çox istəyən vətənpərvər övladlar yetirdiklərinə görə təşəkkürünü çatdırıb.
Şəhidin atası çıxış edib oğlunun qəhrəmanlığından qürur duyduğunu bildirərək övladının əziz xatirəsinin ədədiləşdirilməsi ilə bağlı görülən işlərə və ailəyə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını çatdırıb. Digər natiqlər də çıxışlarında 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq həlak olan şəhidlərə sonsuz hörmət və ehtiramlarını ifadə ediblər. Tədbirin sonunda məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şerlər səsləndirilib. Həmin gün şəhidin il mərasimi də keçirilib. Bu münasibətlə şəhidin qəbri ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.



Xəbərlər  Tarix:   1 Noy 2021 / 12:52


« Əvvəlki xəbər (1830 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR