Sumqayıtda Zəfər bayramına həsr edilən “I Sumqayıt Kitab Sərgisi” keçirilib

30-31 oktyabr tarixlərində Sumqayıt şəhərində “I Sumqayıt Kitab Sərgisi” keçirilib.
Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət sarayında Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən kitab sərgisində Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, millət vəkilləri Tahir Mirkişili, Qənirə Paşayeva, Arzu Nağıyev, yazarlar, adidiyyatı qurumların rəhbərləri və ziyalılar iştirak edib.
Zəfər Bayramına həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-na yaxın kitab evi iştirak edib. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunub. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları keçirilib. Rəssamların əsərlərindən ibarət sərgi də təşkili olunub.



Xəbərlər  Tarix:   1 Noy 2021 / 16:21


« Əvvəlki xəbər (1827 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR