Vətən müharibəsi şəhidimiz Namazov Mahmudun ildönümündə xatrəsinə inşa olunan bulağın açılışı olub

Qıraq Kəsəmən kəndindən olan Vətən müharibəsi şəhidimiz Namazov Mahmud Ələsgər oğlunun şəhadətə ucalmasının ildönümündə xatirəsinə inşa olunmuş bulağın açılışı olub və doğma evində anım mərasimi təşkil olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarını rəhbərləri, şəhidin doğmaları, bir qrup qazi və müharibə iştirakçısı, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mahmud 01.03.1992-ci ildə Qıraq Kəsəmən kəndində anadan olub. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Silahlı Qüvvələrin kiçik çavuşu kimi Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.



Xəbərlər  Tarix:   1 Noy 2021 / 16:29


« Əvvəlki xəbər (1826 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR